SCIENTIFIC NEWS
Series for Social and Humanitarian Sciences
Print ISSN: 1680-1245 | Online ISSN: 2706-719X
Submit an Article
Latest Articles
View All ArticlesQərbi Azərbaycanda bitki və heyvan adı əsasında yaranan toponimlər
Ermənistan ərazisində türk qatının qədim tarixi vardır. Qərbi Azərbaycan bölgəsi qədim zamanlardan tariximizdə iştirak edən müxtəlif türkdilli tayfaların yaşayış məkanı olmuşdur. Ərazinin toponimlər sisteminin bir hissəsini türk mənşəli heyvan və bitki adları təşkil edir. Toponimiyada türklərin qədim mifik təfəkkürü, inancları ilə əlaqədar totem olan heyvan adlarından əmələ gələn toponimik vahidlər qeydə alınmışdır. Türk xalqlarının totem hesab etdikləri heyvanlarınm adı ilə bağlı toponimlərə Qərbi Azərbaycan ərazisində rast gəlinir. Ermənistan ərazisində heyvan və bitki adları əsasında yaranan türk mənşəli toponimləri leksik yolla əmələ gələn toponimlər, morfoloji yolla əmələ gələn toponimlər, sintaktik yolla əmələ gələn toponimlərə ayırmaq olar. Qərbi Azərbaycanın toponimlər sistemi aydın şəkildə göstərir ki, türklər Ermənistan ərazisinin ən qədim sakinlərindəndir.
Mətn dilçiliyinin formalaşma mexanizmləri
Məqalənin təhlili zamanı belə nəticəyə gəlmək olar ki, mətn dilçiliyi təkcə struktur və formal məsələlərlə deyil, həm də semantik, funksional və kommunikativ aspektlərlə sıx bağlıdır. Mətnin formalaşması mexanizmləri sintaktik, semantik, praqmatik və stilistik səviyyələrdə qarşılıqlı təsir və məqsədyönlü quruluşun nəticəsidir. Cümlə, ifadə və ya leksik vahid funksional mənasını yalnız kontekstdə əldə edən mətn vahididir. Mətnin semantik bütövlüyünü təmin edən uyğunluq və uyğunluq münasibətləri, onun kommunikativ məqsədinin həyata keçirilməsinə xidmət edən praqmatik mexanizmlər, funksional stilistik imkanlar bu sahənin mürəkkəb bir təbiətə sahib olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, xüsusiyyəti, müxtəlif növ mətnlərin şərtləndirir fərqlər prinsipləri və onların formalaşması. Elmi, bədii, publisistik və rəsmi mətnləri yerinə yetirir, müxtəlif ünsiyyət funksiyası.
Nizami Gəncəvi əsərlərində xüsusi isimlərin poetikası və semantikası
Nizami Gəncəvinin əsərlərində xüsusi adlar təkcə detal deyil, həm də əsərlərin bədii-fəlsəfi quruluşunun ayrılmaz hissəsidir. İstifadə etdiyi adlar oxucuya əsərlərin ideoloji və poetik dərinliyini anlamağa kömək edir. Antroponimlər, toponimlər və teonimlər Nizaminin ədəbi üslubunu formalaşdıran əsas komponentlərdən biridir. Beləliklə, Nizami Gəncəvinin əsərlərində xüsusi adların funksiyası təkcə personajları və yerləri təmsil etmək deyil, həm də onun dünyagörüşünü və bədii konsepsiyasını ifadə etməkdə mühüm elementlərdir. Bu adlar oxucunu tarixi və mifoloji dünyaya aparır, insan həyatının, sevgi və hikmətin sirlərini açır
Социолингвистические особенности английского сленга
Настоящее исследование посвящено социолингвистическим характеристикам сленга в английском языке. В работе рассматривается роль социальных и культурных факторов в формировании и развитии сленговой лексики, а также лингвистические особенности этих единиц. Сленг, как выразительное, эмоционально окрашенное средство общения, активно используется в разговорной речи, а также проникает в художественную, публицистическую и политическую сферу языка. Особое внимание уделено определению функций сленга, таких как коммуникативная, когнитивная, номинативная, экспрессивная, мировоззренческая, экономии языка и креативная функция. Также анализируются социолингвистические и лингвокультурологические аспекты английского сленга, его семантическая вариативность и трансформация. В работе делается вывод о важности преподавания сленговой лексики студентам филологических факультетов для формирования у них навыков яркой, живой и точной речевой коммуникации.
Neyrolinqvistikanın müasir elmdə rolu və əhəmiyyəti
Elmi şəkildə artıq sübut olunub ki, insan nitqinin fəaliyyəti beyin yarımkürələrinin hər ikisi tərəfindən əlaqələndirilir. Sol yarımkürə nitqin düzgünlüyünə, sağ yarımkürə isə onun obrazlılığına və emosional çalarda təmin olunmasına cavabdehdir. Bu məqalədə neyrolinqvistika elmi və onun əhəmiyyəti araşdırılır. Neyrolinqvistikanın digər elmlərlə qarşılıqlı əlaqəsi əsaslandırılır
Romantik yaradıcılıq tipi ədəbiyyatşünaslıq müstəvisində
Romantiklər cəmiyyətlə barışmır, gerçəkliyi qəbul etmir, tarixi inkişafı görmür, ona görə də keçmişin bərpasına çalışırdı. Romantiklər 1824-cü ildən nəşrə başlayan “Qlobus” jurnalının ətrafında toplaşmışdı. Romantik yaradıcılıq tipinin nümayəndələri klassizm ədəbi cərəyanına qarşı mübarizədə realistlərlə birləşdilər. Çünki həm romantiklər, həm də realistlər həyatı öyrənir, tipik xarakterlər yaradırlar. “Yena dərnəyi”ndə birləşən romantiklər azadlıq uğrunda aparılan vətənpərvərliyi tərənnüm edir, orta əsrlər dövrünə qayıtmağı arzulayırdı.
Milli mətbəx etnik kimliyin bir parçası kimi (Əli Vəliyevin “Turaclıya gedən yol” romanı əsasında )
Yemək mədəniyyəti xalqın tarixini və müasir həyatını izah edə bilər. Bu problem dünya ictimaiyyətini din, etiket, qida dəyəri və immiqrasiyaya görə bir neçə böyük qrupa ayırır. Müasir mürəkkəb dəyişikliklərdə qida mədəniyyəti identifikasiyada mühüm rol oynayır. Bu identifikasiya əsasında xalqların kulinariya mədəniyyəti müəyyən edilir
Rafiq Yusifoğlu poeziyasında yurd həsrəti
Məqalə Rafiq Yusifoğlunun yaradıcılığında vətən həsrəti mövzusuna həsr olunub. Şairin əsərlərində Vətənə sevgi, ayrılıq ağrısı və nostalji hissi əsas motivlər kimi çıxış edir. Məqalə şeirlərindəki nümunələrə əsaslanaraq bu təcrübələri ifadə etmək üçün bədii vasitələri təhlil edir. Müəllifin yaradıcılığında vətən həsrəti həm fərdi, həm də ümumbəşəri mənəvi ölçüdə dərin məna daşıyır. Rafiq Yusifoğlunun poeziyasında doğma torpaq sevgisi bir-birini tamamlayaraq qələbə sevinci ilə üzvi şəkildə birləşir. Bu cəhətlər şairin əsərlərinin Azərbaycan ədəbiyyatında yerini və əhəmiyyətini daha da möhkəmləndirir
Müasir Azərbaycan rusdilli nəsrində ev konsepti
Azərbaycanın rusdilli yazıçıları üçün əsrlər boyu formalaşmış ənənəvi mənəvi dəyərlərin və multikultural həyat tərzinin qorunub-saxlanılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, rusdilli ədəbiyyat Azərbaycan milli ədəbiyyatının üzvi bir hissəsi kimi öz milli özünəməxsusluğunu qorumaqla yanaşı, digər xalqların mənəvi dəyərlərinə, o cümlədən rus mədəniyyətinə də açıqdır. Məqalədə Azərbaycan rusdilli ədəbiyyatında ev konseptinin bədii şəkildə ifadə olunması məsələləri araşdırılır. Xüsusilə Natiq Rəsulzadənin “Ev” povestində bu konseptin ideya yükü və bədii təcəssümü təhlil olunur
Qarayazı çölündən Qafqazda pravoslav xristianlığının bərpası cəmiyyəti üçün torpaq sahəsinin ayrılması barədə
Qafqaz müsəlmanları arasında xristianlığın yayılması məqsədilə yaradılmış Qafqazda Pravoslav Xristianlığın Bərpası Cəmiyyəti bu istiqamətdəki fəaliyyətində Rusiya hakimiyyət orqanları tərəfindən ciddi şəkildə himayə olunurdu. Bu məqsədlə Rusiyanın pravoslav kilsələrində ümumi ianələrin toplanması üçün xüsusi dərnəklər yaradılmış, Cəmiyyətə maliyyə dəstəyinin göstərilməsi məqsədilə Cənubi Qafqaz ərazisində yerləşən Qarayazı düzündən azərbaycanlı əhaliyə məxsus torpaqlardan sahələr ayrılmışdı. Çarizmin hakimiyyət orqanları tərəfindən Cənubi Qafqazın müsəlman əhalisinə qarşı həyata keçirdiyi müstəmləkəçi siyasətin tərkib hissəsi olan bu tədbirlərlə Qarayazı çölündə yerləşən torpaqları əllərindən alınan azərbaycanlılara daha az məhsuldarlığı olan yerlərdən torpaq sahələri ayrılır. Onlar üçün ayrılmış bu torpaqlardan istifadə haqqını, əvvəllər ağalara ödədiyi vergiləri Cəmiyyətə ödəməli idilər
Regionlarda əhalinin mənzil təminatının inkişafı dövlətin sosial siyasətinin mühüm istiqamətidir
Məqalədə regionlardakı mənzil təminatının ümumi tendensiyalarından bəhs olunur və bu prosesin dövlətin social - demoqrafik strukturuna təsirinin səbəbləri təsvir edilir. Mənzil problemi dövlətin sosial siyasətinin mühüm istiqaməti kimi əsaslandırılır. Mənzil məsələlərinin həlli üçün dövlət siyasətinin əsas prinsipləri təqdim olunur. Tədqiqatın aktuallığı yaşayış səviyyəsinə görə regionlarda əhalinin mənzizillə təminatının müxtəlif səviyyələrinə malik sosial qrupların müəyyən edilməsi zərurəti ilə bağlıdır. Regionlarda əhalinin müxtəlif sosial qruplarının ölkənin ümumi mənzil fondunda xüsusi çəkisi ilə bağlı metodlar təklif edilmiş və qiymətləndirmələr aparılmışdır.
Cənubi Qafqazın uzunmüddətli perspektivlərinə dair böyük dövlətlərin yanaşmalarının müqayisəli təhlili
Tədqiqat Cənubi Qafqazın uzunmüddətli perspektivlərini və regiona böyük güclərin – Rusiya, ABŞ, Çin və Türkiyənin yanaşmalarını müqayisəli təhlil edir. Rusiya geosiyasi status-kvonun qorunmasına çalışır, ABŞ Rusiyanın təsirini balanslaşdırmaq istəyir, Çin isə əsasən iqtisadi ekspansiyaya fokuslanır. Türkiyə isə Azərbaycan ilə strateji tərəfdaşlıq çərçivəsində regional təsirini artırır. Tədqiqatda müqayisəli təhlil metodundan istifadə olunur və geosiyasi rəqabətin regionun inkişafına təsirləri araşdırılır. Həmçinin bu güclərin siyasətinin gələcəkdə Cənubi Qafqazın təhlükəsizlik və sabitliyinə necə təsir edəcəyini təhlil edir
Əlilllərin sosial müdafiəsinin hüquqi tənzimlənməsi
Məqalədə əlil vətəndaşların sosial müdafiəsinin təmin edilməsi və hüquqlarının qorunması üçün mövcud hüquqi və qanunvericilik aktları nəzərdən keçirilir. Eyni zamanda, həmin kateqoriyaya mənsub insanların təhsil və iş hüquqları, tibbi xidmət və sosial təminatlara əlçatanlığının yüsəldilməsi ilə əlaqəli bir sıra hüquqi təşəbbüslər işıqlandırılır. Sonda qeyd edilir ki, əlillərin bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə fəal inteqrasiyasını və yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün hüquqi tənzimlənmənin daha da inkişaf etdirilməsi vacib şərtdir
Regionların sosial-iqtisadi inkişafının idarə edilməsi (Şərqi Avropa ölkələri timsalında)
Bu məqalənin əsas məqsədi Şərqi Avropa ölkələrində sosial-iqtisadi sahənin idarə edilməsində əsas tendensiyaları tədqiq etməkdir. İstifadə olunan tədqiqat metodologiyası idrakın ümumi elmi üsullarını, o cümlədən məntiqi və struktur təhlili, müqayisə, nəzəri modelləşdirmə, abstraksiya, induksiya və deduksiyanı əhatə edirdi. Bundan əlavə, araşdırma zamanı nəzəri məlumatların dəqiqləşdirilməsi, ümumiləşdirilməsi və rəsmiləşdirilməsi, eləcə də cədvəl və qrafik şərhi kimi üsullardan istifadə edilmişdir. Tədqiqatda Şərqi Avropa ölkələrində böhrandan sonrakı dövrdə sosial və iqtisadi inkişaf meylləri araşdırılır
Beynəlxalq biznesdə maliyyə resursları: formalaşması mənbələri və səmərəli istifadə şərtləri
Beynəlxalq biznes qlobal səviyyədə ölkədən kənarda biznesin aparılmasını əhatə edən bir prosesdir. Beynəlxalq biznes qlobal səviyyədə reallaşdırıldığı üçün həcmi baxımından çox böyükdür. O, diqqəti dünyanın resurslarına və qlobal biznesin təşkili məqsədlərinə yönəldir. Beynəlxalq biznes çoxlu sayda insanı işlə təmin edir. O, ölkə üçün mühüm valyuta mənbəyi rolunu oynayır. Bu şirkətlərdə bütün ödənişlər müxtəlif ölkələrin xarici valyutaları ilə reallaşdırılır
Bank sektorunda genişlənmə və Azərbaycanda kiçik kredit xidmətlərinin yüksəlməsi
Azərbaycan iqtisadiyyatında maliyyə sabitliyinin təmin olunması, real sektorun maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və rəqabət mühitinin formalaşdırılması məqsədilə bank sektorunda genişlənmə siyasəti həyata keçirilir. Bu siyasətin əsas istiqamətlərindən biri ölkə üzrə kiçik kredit xidmətlərinin əlçatanlığının artırılması, kredit məhsullarının çeşidinin genişləndirilməsi və regionlarda maliyyə inklüzivliyinin gücləndirilməsidir. Kiçik kreditləşmə iqtisadi fəallığın yüksəldilməsi, özünüməşğulluğun dəstəklənməsi, biznes təşəbbüslərinin stimullaşdırılması baxımından əhəmiyyətli rol oynayır. Bank sektorunda rəqəmsallaşma, risklərin idarə edilməsi və yeni kredit mexanizmləri kiçik kredit xidmətlərinin effektivliyini artıran əsas amillərdəndir
Turizm logistikası: nəqliyyat, təchizat və insan axınının inteqrasiyalı idarəetməsi
Bu məqalədə turizm və logistika sahələri arasındakı qarşılıqlı əlaqə, bu əlaqənin iqtisadi əhəmiyyəti və praktik tətbiq sahələri araşdırılır. Son illərdə həm logistika, həm də turizm sənayesi dinamik inkişaf mərhələsinə qədəm qoymuş, bir-birinə inteqrasiya olunmuş fəaliyyət sahələrinə çevrilmişdir. Xüsusilə turist sayının artması və beynəlxalq rəqabətin güclənməsi ölkələri və müəssisələri xərcləri azaltmaq və müştəri məmnuniyyətini artırmaq üçün daha effektiv logistika modelləri tətbiq etməyə məcbur etmişdir Məqalədə logistikanın tərifi, tarixi inkişaf mərhələləri, funksiyaları və əsas fəaliyyət sahələri, həmçinin təchizat zənciri anlayışı elmi şəkildə izah olunur. Eyni zamanda turizm sənayesində logistika fəaliyyətlərinin, xüsusilə nəqliyyat vasitələrinin (quru, dəmir yolu, hava və dəniz nəqliyyatı) istifadəsinin əhəmiyyəti vurğulanır. Logistika yalnız məhsulların deyil, həm də insanların effektiv və planlı daşınmasını təmin etməklə turizmin fasiləsiz və dayanıqlı şəkildə inkişafına xidmət edir. Səyahət agentlikləri, tur-operatorlar, iaşə və qonaqpərvərlik müəssisələri kimi turizm iştirakçıları logistika sektoru ilə sıx əməkdaşlıq edir. Məqalənin nəticələrində qeyd olunur ki, düzgün seçilmiş logistika vasitələri və sistemli idarəetmə metodları turist məmnuniyyətini və gəlirliliyi artırmaqla yanaşı, ölkələrin beynəlxalq turizm bazarındakı mövqeyini də gücləndirir.
Müasir ali təhsil sistemi humanist psixoloji dəyərlər güzgüsündə
Dünya ali təhsil sisteminin müasir mərhələdə inkişafını səciyyələndirən aparıcı istiqamətlərdən biri – onun humanistləşməsidir. Bu proses, bütövlükdə təlim prosesinin və eləcə də ayrı-ayrı fənlərin tədrisinin məzmununun humanist psixoloji baxımdan zənginləşdirilməsini, onun istənilən problemlərinə, onların təlimdə iştirak edən hər iki tərəfin – öyrədənlə öyrənənin fəaliyyətinə insani baxımdan əhəmiyyət kəsb edən mövqedən – humanist psixoloji “güzgü”dən baxılmasını tələb edir. Bu yanaşma müasir yüksək intellektə və peşə vərdişlərinə malik olan (yiyələnmiş) gənclərin dar peşə çərçivəsində qapanıb qalmamasını, peşəkarlıqla yanaşı həqiqi humanist mövqenin və əhatəli dünyagörüşünün formalaşmasını aktual vəzifə kimi qiymətləndirir. Sözü gedən yanaşmanın əsasını humanist psixologiyanın (onun bütün tarixi boyu formalaşmış və müasir dövrdə R. Associlonin, A. Maslounun, C. Düinin və b. təlimlərində yer almış) mahiyyətini əks etdirən müddəalar təşkil edirlər. Humanist yanaşma elə təlim mühitinin formalaşmasına təkan verir ki, burada təlimin subyekti olan insan (fərd) özünə inam, qarşılıqlı anlaşılma və rəgbətlənmə hiss edir. Təkcə onun bir mütəxəssis kimi formalaşması üçün zəruri olan təlim materialını mənimsəmir, həmçinin özünə, digərlərinə və bütövlükdə həyata münasibətini formalaşdırır.
Математика – гимнастика для ума
В этой статье рассматривается значение математики как универсального инструмента развития мышления и логики. Показано, что математические знания важны не только для точных, но и для гуманитарных специальностей, где требуется аналитический подход и умение аргументировать. Отмечается роль математики в повседневной жизни - в финансовых расчётах, критической оценке информации и принятии решений. Особое внимание уделено связи математики с цифровой грамотностью и необходимостью базовых знаний в условиях современных технологий. Делается вывод, что математика - это не просто учебный предмет, а важнейший фактор формирования интеллектуально развитой и самостоятельной личности.